İsrail ordusu fələstinlilərə atəş açdı: 52 ölü, 2400 yaralı - VİDEO

İsrail ordusu fələstinlilərə atəş açdı: 52 ölü, 2400 yaralı - VİDEO
Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 52 nəfərə çatıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. 

Yaralananların sayının isə 2400 nəfərdən çox olduğu bildirilir. 

xxx

İsraillə sərhəddə 25 fələstinli həlak olub, 500 artıq insan yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Haaretz” qəzetinin məlumatlına görə Qəzza sektoru ilə İsrail arasında sərhədə toplaşan fələstinlilər ABŞ-ın səfirliyini Qüdsə köçürməsinə etiraz edib.

Fələstin tərəfi ölənlər arasında 12 yaşlı uşağın da olduğunu bildirir.

***
16:55
İsraillə ordusunun açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 37 nəfərə çatıb. Yaralanların sayı isə 1700 nəfərə yüksəlib. 

Qeyd edək ki, bu gün ABŞ-ın Qüds-Yerusəlim şəhərində səfirlik açmasına etiraz olaraq İsrail və Qəzza zolağı arasındakı sərhədin 12 yerində kütləvi aksiyalar başlayıb. Aksiyalara 35 mindən çox fələstinli qatılıb. İştirakçıların aqressiv hissəsi İsrail əsgərləri tərəfə içərisində yandırıcı maye olan şüşələr, əldəqayırma partlayıcılar atmağa, topladıqları təkərləri yandırmağa başlayıblar, bəziləri isə sərhəd maneələrini aşmağa çalışıb. İsrail əsgərləri onlara odlu silahdan atəş açıb.
 

Загрузка...

Xəbər lenti