İsrail raketi Rusiya istehsalı olan “Pansır”ı məhv etdi - VİDEO

İsrail raketi Rusiya istehsalı olan “Pansır”ı məhv etdi - VİDEO
İsrail ordusunun mətbuat xidməti  Suriya ordusuna məxsus "Pansir C1" zenit raket top kompleksinin (ZRTK) İsrailin "Spike NLOS" raketi ilə vurulduğu anın görüntüsünü yayıb.

Panorama.Az oxu.az-a istinadən bildirir ki,video raketin üzərində olan müşahidə kamerası ilə çəkilib.

Kadrlarda üç nəfərdən ibarət dəstənin ZRTK-nin yaxınlığında durduğunu görmək olub. Raket kompleksə ən yaxın məsafəyə qədər yaxınlaşdıqdan sonra təsvir itir.

Zərbədə əsas hədəf "Pansir-C1" sistemi olub.

Bu Suriyada İsrailin zərbəsi nəticəsində Əsəd ordusunun hərbi texnika itirməsini təsdiq edən ilk video materialdır.

Xatırladaq ki, mayın 10-da İsrail hərbçiləri Suriya ərazisində olan İrana aid hərbi obyektlərə hücum edib. İsrail ordusu bununla Holan yüksəkliklərindəki mövqelərinə yaylım atəşi sistemi ilə endirilən zərbələrə cavab verdiyini bildirib.
 

https://twitter.com/i/web/status/994625305007607813
Загрузка...

Xəbər lenti