“Jurnalist yox, lap Allahın bacısı oğlu olsun…” – ABİD ŞƏRİFOV QALMAQALDAN DANIŞDI

“Jurnalist yox, lap Allahın bacısı oğlu olsun…” – ABİD ŞƏRİFOV QALMAQALDAN DANIŞDI

Bu gün jurnalistin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntülər gündəm olub.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Abid Şərifov jurnalistin bu addımının onu şoka saldığını bildirib:
"Mən həyatımda birinci dəfə belə bir adam gördüm ki, biri qapını açır, o biri "kapot”un üzərinə çıxır. Mən həyatımda belə bir şey görməmişdim, sözüm yoxdur.
Mən onları tanımıram, tanımaq da istəmirəm. Hər şey görmüşdüm, amma belə şey görməmişdim. Sonrasını Allah saxlasın. Jurnalist yox, lap istəyirsən Allahın bacısı oğlu ol, adamın bir tərbiyəsi olmalıdır. Mən maşında oturmuşam, o maşının üzərinə atlanır. Deyirsən maşının üstüdən düş, düşmürdü.”
 
 

loading...

Xəbər lenti