Kasıbların borcları SİLİNDİ - Xeyriyyəçidən ÖRNƏK ADDIM

Kasıbların borcları SİLİNDİ - Xeyriyyəçidən ÖRNƏK ADDIM
Türkiyənin Aydın bölgəsinin Nazilli kəndinə naməlum şəxs nəcib davranışla gündəmə gəlib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gökhan Semerciyə aid olan marketdə içərisində 33 min TL borc yazılan dəftər naməlum bir şəxs tərəfindən satın alınıb.

Hadisə Şirinevlər məhəlləsinin 268-ci küçəsində baş verib. Dükan sahibinin sözlərinə görə, təxminən saat 09-30 radələrində orta yaşlı bir kişi marketə gəlib. Marketin sahibi Gökhan Semerçidən 2019-cu ilin borc dəfərini istəyən şəxs orda yazılan 33 min TL pulu ödəyərək dəftərlə bərabər dükandan uzaqlaşıb. Kimliyini gizli saxlyan xeyriyyəçinin bu addımından sonra market sahibi, vətəndaşları məlumatlandırmaq üçün "hörmətli sakinlər 2019-cu ilə aid bütün borclarınız bir xeyriyyəçi tərəfindən ödəndi" yazılmış plakat hazırlayıb.

loading...

Xəbər lenti