Keçmiş nazir Azərbaycan Prezidentinə müraciət etdi

Keçmiş nazir Azərbaycan Prezidentinə müraciət etdi
Keçmiş rabitə naziri Siruz Abasbəyli Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Publika.az xəbər verir ki, keçmiş nazirin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktorunun keçmiş müavini Xankişi Kişiyevlə birlikdə hazırladığı müraciətdə rabitəçilərin peşə bayramı gününün dəyişdirilməsi təklifi irəli sürülüb.

Onlar rabitəçilərin peşə bayramının dekabrın 9-da keçirilməsini təklif edib.


"Hörmətli Prezidentimiz!

6 dekabr 1881-ci ildə Nobel qardaşlarının neft hasilatı üçün Bakı şəhərində iki ofisi arasında İsveç mütəxəsisləri tərəfindən telefon xəttinin çəkilişi günü ölkəmizdə rabitəçilərin "Peşə Bayramı” günü kimi qeyd edilir. Bu, ölkəmizdə ilk telefon xəttinin çəkilişi kimi tarixi hadisədir. Amma bu hadisənin milli dövlətçiliklə və milli peşəkar rabitəçilərin işi ilə hər hansı bir əlaqəsi yoxdur;
- birincisi, 6 dekabr 1881-ci il tarixində Azərbaycan kimi ölkə mövcud deyildi və Bakı Rus imperiyasının tərkibində idi. Nobel qardaşları Rusiya İmperatorunun icazəsi ilə Bakıda çalışırdılar;
- ikincisi, Nobel qardaşları şirkətlərinə yüksək maaşla İsveç mühəndislərini və iqtisadçıları dəvət etmişdilər, yerli Azərbaycanlıları fəhlə kimi işlədib, onlara yuxarıdan aşağı qul kimi baxırdılar;
- üçüncüsü, Nobel qardaşları neftdən yüz milyonlarla gəlir əldə etikləri halda, bu vəsaitdən Bakının inkişafına heç nə sərf etmədilər;
- dördüncüsü, Bakı nefti hesabına təsis olunan Nobel mükafatı, indiyə kimi heç bir azərbaycanlıya verilməyib. 1944-cü ildə Kremldə Qurultaylar sarayında Azərbaycanın görkəmli kimyaçı alimi, toluolun və yüksək oktanlı yanacağını kəşf edən Yusif Məmmədəliyevə Stalin şəxsən Lenin ordeni təqdim edib. Yusif Məmmədəliyev nobel mükafatına layiq olduğu halda ona bu mükafat verilmədi;
- beşincisi, Bakının neftinin hesabına toplanmış sərvətlərdən təhsis olunan Nobel mükafatını Bakıda qırğın törətmiş Mixail Qorbaçova verilməsi ədalətsizliyin pik nöqtəsidir.
Azərbaycanda kənd, rayon və şəhərlərdə telefon şəbəkələrin yenidən qurulması, möhtəşəm Teleqüllənin inşası, Azərcell, Bakcell, Narmobil, Azevrotel, Ultel, Catel MMC-lərin və ilk Beynəlxalq Telefon Stansiyasının yaranması, ilk internetin təşkili və İKT-nin inkişafı ilə tərəqisi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin rabitə sektorunda həyata keçirilmiş bu lahiyələrin hər biri əlamatdar hadisədir. Bu hadisələrin həyata keçdiyi günlərdən birini rabitəçilərin peşə bayramı kimi qeyd edilməsi hər bir Azərbaycanlının və rabitəçilərimizin daha da sevincinə səbəb olar.
Gləcək nəsillərə miras saxladığımız əlamatdar hadisələrin və bayramlarımızın Azərbaycanın milli dövlətçiliyi və görkəmli şəxsiyyətlərlə bağlılığı tarixi önəm daşıyır.
9 dekabr 1995 -ci il Azərbaycanın tarixində rabitə sahəsində ən əlamatdar hadisə baş verdi. Bu gün Türk dünyasının iki böyük görkəmli tarixi şəxsiyyətinin - Azərbaycan Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyev və Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmrəlin iştirakı ilə Bakı şəhərində ölkəmizin ilk Beyəlxalq Avtomat Telefon Stansiyasının açılışı oldu. Telefon rabitə sahəsində ölkəmizin müstəqilliyi bu stansiya vasitəsi ilə təmin olundu. Məhz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil Azərbaycanın rabitəsi tam yenidən quruldu.

Hörmətli Prezidentimiz!

1995-ci il 9 dekabr günü - Azərbaycanın müstəqil telefon rabitəsinin yarandığı gününü Azərbaycan rabitəçilərin "Peşə Bayramı Günü” kimi qeyd edilməsinə sərəncam verilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirik.

Hörmətlə,

Abasbəyli Siruz Hüseyn oğlu
Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti, Rabitə və İnformasiya Texnologoyaları İctimai Birliyinin sədri, akademik.

2. Kişiyex Xankişi Feyruz oğlu,
Azərbaycan Respublikasının Əməkdar Mühəndisi”.

Загрузка...

Xəbər lenti