Keçmiş polisi tikə-tikə doğradılar, sonra... - Ata və oğuldan TÜKLƏRİ BİZ-BİZ EDƏN ƏMƏL

Keçmiş polisi tikə-tikə doğradılar, sonra... - Ata və oğuldan TÜKLƏRİ BİZ-BİZ EDƏN ƏMƏL
Ukraynada ata və oğlu 45 yaşlı keçmiş polisi vəhşicəsinə öldürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, onlar öldürdükləri polisin başını kəsib, daha sonra bişirərək yeyiblər.

Hadisə polisin cəsədinin bir qonşu tərəfindən aşkarlanmasından sonra ortaya çıxıb. Kəsilmiş cəsəddə çoxlu sayda bıçaq izi olub.

Hadisəni araşdıran dedektivlər cəsədin başının olmadığını görüb. Araşdırma zamanı hadisəni törədən ata və oğulun da evinə baxış keçirilib. Kəsik baş eyvandakı bir qutuda tapılıb.

Qatillər evlərində yarı çılpaq halda polis tərəfindən saxlanılıb. Oğlu atasının cəsədin ayaqlarını və qabırğasını kəsdiyini, daha sonra qaynatdığını etiraf edib.

Vəhşicəsinə öldürülən polisin oktyabrın 4-dən itkin düşdüyü bildirilir.
 





Загрузка...

Xəbər lenti