Kənan Vəlixanov dünya kubokunu qazandı

Kənan Vəlixanov dünya kubokunu qazandı

 

Şahmat kompozisiyalarının tərtibi üzrə FİDE nin 6-cı Dünya kubokunun yardımmat bölməsinə yekun vurulub. 

Panorama.Az xəbər verir ki, 8 bölmə üzrə keçrilən "Dünya kuboku 2018"də  ümumilikdə 164 şahmat bəstəkarı mübarizə aparırdı.

Azərbaycan təmsilçisi, idman ustası Kənan Vəlixanovun "Günəşli Azərbaycan"a həsr etdiyi şahmat əsəri ingiltərəli hakim Kristofer Cons  tərəfindən ən gözəl məzmununa görə qızıl medala alyiq görülüb.

Beləlikə, Kənan Vəlixanov 3-cü dəfə dünya kubokuna sahib oldu. 

Qeyd edək ki, Kənan Vəlixanov 2013 və 2017-ci illərdə dünya kuboku, 2016-cı ildə isə FİDE-nin olimpiya turnirinin qızıl medallarına layiq görülüb.


 

Загрузка...

Xəbər lenti