Kənan Vəlixanovdan dünya kubokunda yüksək nəticə

Kənan Vəlixanovdan dünya kubokunda yüksək nəticə
Şahmat kompozisiyalarının tərtibi üzrə FİDE-nin  6-cı dünya kubokunda sonuncu (üçgedişlilər) bölməyə yekun vuruldu. 

Milli.Az xəbər verir ki, həmyerlimiz, yardımmat bölməsinin qalibi Kənan Vəlixanov bu bölmədə də uğurlu çıxış edərək qaliblər sırasına daxil oldu.

Kənanın 3 gedişli məsələsi makedoniyalı hakim Zoran Qavrilovski tərəfindən 6-cı mükafatla təltif edildi. Beləliklə bəstəçimiz iştrak etdiyi bütün bölmələrdə yüksək nəticə göstərdi.

Kənan ikigedişlilər bölməsində Tərifnamə, üçgedişlilər bölməsində 6-cı mükafat, Yardımmat bölməsində isə qızıl medal qazandı.
 
Qeyd edə ki, Kənan Vəlixanov ən mötəbər olimpiya, dünya və Avropa turnirlərində 15 dəfə təltif olunmuşdur. Bunlardan 4-ü qızıl medal, 2-si isə bürünc medallardır.
Загрузка...

Xəbər lenti