Kərəm Həsənov biznes üçün Antaliyaya gedib – Komitədən cavab: “Cəfəngiyyatdır”

Kərəm Həsənov biznes üçün Antaliyaya gedib – Komitədən cavab: “Cəfəngiyyatdır”
Rəhbərlik etdiyi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirildikdən sonra Kərəm Həsənov Türkiyənin Antaliya şəhərinə gedib.
"Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı jurnalist Əvəz Zeynallı yayıb. O, bildirib ki, işsiz qalandan sonra Antaliyaya gedən və oradakı "Alvadonna" otellər zincirinə əl qoyan Kərəm Həsənov sözün bütün mənalarında terror əsdirir. 

""Alvadonna”dakı bütün azərbaycanlı işçiləri işdən azad edib, xəstə və kimsəsizlərə qan uddurur, haqqını tələb edən diribaş işçiləri isə hədələyir. Şayiə yaydırır ki, prezident mühafizəsinin rəisinin qardaşı onun arxasında durur və 500 milyon dollarlıq "Alvadonna" zəbtindən mediaya xəbər verəni susduracaq. Adamlar da qorxularından tir-tir əsirlər. Sənin gözün doymurmu?...”

***
Məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən "Yeni Sabah"a bildirilib ki, Ə. Zeynallının dedikləri həqiqətə uyğun deyil: "Kərəm Həsənov hazırda işinin başındadır və son müddət ərzində hüç bir xarici ölkəyə getməyib. Yazıda iddia olunanlar cəfəngiyyatdır".

loading...

Xəbər lenti