“Kim milyonçu olmaq istər?” proqramına qatılmaq üçün 15 il hazırlandı

“Kim milyonçu olmaq istər?” proqramına qatılmaq üçün 15 il hazırlandı
35 yaşlı alman vəkil Yan Stroh "Kim milyoner olmaq istər” proqramına qatılmağı özünün ən böyük hədəfinə çevirib.
Bizimyol.info xəbər verir ki, 15 il ərzində milyonu qazanmaq və qalib olmaq üçün kitabları araşdıran vəkil evində "Kim milyoner olmaq istər” verilişinin studiyasına bənzər dekor da yaradıb ki, verilişə qatılanda həyəcanlanmasın. Bu vaxt ərzində o, proqramın 1074 bölümünün hamısını izləyib. Hər dəfə müraciət etsə də rədd cavabı alan Yana nəhayət ki, ən sadiq izləyici olaraq verilişə düşmək nəsib olub. Ona milyoner adını qazandıran sual isə Qrimm qardaşlarının hansı nağılınının "biri vardı biri yoxdu” kəlməsi ilə başlaması barədə olub. Yan "Şanslı Hans” cavabını verməklə böyük mükafatın sahibinə çevrilib.

loading...

Xəbər lenti