Konfransda Ukrayna bayrağı qaldırıldı: Putinin cavabı şok etdi - Canlı

Konfransda Ukrayna bayrağı qaldırıldı: Putinin cavabı şok etdi - Canlı

Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına dair illik böyük mətbuat konfransı başlayıb.

Axar.az xəbər verir ki, konfrans Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirilir.

Mətbuat konfransında iştirak üçün ümumilikdə 1702 jurnalist qeydiyyatdan keçib.

***

Nüvə müharibəsi təhlükəsinin artmasının qiymətləndirilməməsinə təəssüflənirəm.

Bu sözləri Rusiya lideri Putin illik mətbuat konfransında deyib.

"Rusiya silahlanmada üstünlüyün əldə olunmasına yox, balansın saxlanılmasına çalışır. Biz silahlanmanın qarşısının alınması üzrə beynəlxalq sistemin çökdüyünü müşahidə edirik. ABŞ-ın hava hücumundan müdafiə razılaşmasından sonra Moskva öz silahlanmasını modernizə etməli oldu. Nəticədə Rusiya üstünlük qazandı, amma söhbət paritetin saxlanılmasından gedir. İndi isə ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi müqaviləsindən çıxır. Qərbdə kiçik ölçülü nüvə silahından istifadə ideyası hökmranlıq edir. Belə silahlanmanın tətbiqi qlobal fəlakətə səbəb olacaq”, - o deyib.

***

"Qara dənizdəki insident provokasiya idi. Provokasiyalar hər zaman pisdir, situasiyanın gərginləşdirilməsinə hesablanıb. Aydındır ki, Ukraynada seçkilər var və bunun üçün mövcud hakimiyyətin reytinqini qaldırmaq lazımdır.

Poroşenkonun reytinqi qalxdı. O, beşinci pillədən ikinci pilləyə yüksəldi. O, ölkənin maraqları hesabına öz hədəfinə çatdı”, - Putin Keçr insidenti ilə bağlı deyib.

Rusiya lideri bildirib ki, Kerç boğazında ələ keçirilən dənizçilərin taleyi cinayət araşdırılması nəticəsində həll ediləcək:

"Donbasda blokadanı Rusiya yox, Ukrayna hökuməti yaradıb. Onlar dinc sakinlərə atəş açır, hər gün insanlar ölür. Rusiya Donbasa humanitar yardım göstərir və bundan sonra da edəcəyik”.

Putin vurğulayıb ki, münaqişəyə rəğmən, Ukrayna hələ də bizim vacib ticarət tərəfdaşımızdır, aramızdakı ticarət dövriyyəsi artır.

***

Mətbuat konfransı zamanı jurnalistlərdən biri Ukrayna bayrağı qaldırıb.

Vladimir Putin isə onun bu addımına, "Qalmaqal çıxarmaq istəyirsiz? Buyurun” - cavabını verib.


Загрузка...

Xəbər lenti