Kosmonavtların fantastik gəlirləri – Onlar nə qədər maaş alır?

Kosmonavtların fantastik gəlirləri – Onlar nə qədər maaş alır?
Mediada Avropa Kosmik agentliyində, Kanada Kosmik Agentliyində və Yaponiya Aerokosmik Tədqiqatlar agentliyində işləyənlərin maaşları məlumdur. Lakin Çin bu haqda qətiyyən açıqlama vermir.

Kosmonavtların gəliri onların hansı agentlikdə işləmələrindən asılıdır. Bundan əlavə onların təcrübələri və işləmə müddətləri də maaş təyin olunanda nəzərə alınır.

Avropa Kosmik Agentliyində sonuncu işçi toplama kampaniyası 2009-cu ildə baş tutub. Bu agentlikdə kosmonavtlara ödənilən maaş A2 və A4 prinsipi ilə həyata keçirilir. Bu prinsiplərə əsasən A2 səviyyəsində olan kosmonavtların illik gəliri 58848 avro, A4 səviyyəsində olanlar isə 84372 avro təşkil edir. Agentlikdən bildirilib ki, ilk işə götürülmə anında kosmonavtlar A2 səviyyəsində maaş alırlar. İlik baza hazırlığı başa çatdıqdan sonra onlara A3 maaşı təyin olunur. İlk kosmik səyahət baş tutduqdan sonra isə kosmonavt A4 səviyyəsinə qaldırılır.

Panorama.az islaminıesi.info-ya istinadən bildirir ki, Kanada Kosmik agentliyində hazırda iki aktiv kosmonavt heç vaxt kosmik səyahətdə olmayıb. Onların maaşları isə 1 və 3 dərəcə arasında dəyişir. Təkcə 2011-ci ildə 1-ci dərəcənin illik minimum gəliri 80897 dollardan başlayırdı. Maksimum gəlir isə 157847 min dollar təşkil edir. Hərbi kosmonavtların illik gəliri isə gizli saxlanılır.

Rusiyada kosmonavtlar hərbi məktəbi və ya Bauman adına təcrübə məktəbini bitirdikdən sonra işə qəbul olunurlar. Əgər kosmonavt orbitə çıxarsa illik gəlir 130 -150 min arası dəyişir. Yerdə xidmət zamanı isə maaş daha az olur.

NASA-da gəlir isə 1-14 dərəcə arasında dəyişir. Hazırda NASA-nın 43 aktiv kosmonavtı və 8 astronavtı var. Kosmonavtların hazırlığına iki il sərf olunur. ABŞ-da kosmonavtlara maaş eyni dövlət qulluqçuları təsnifatı ilə verilir. Məsələn, Hyustonda baza hazırlığı keçən 11 dərəcə kosmonavtın illik gəliri 64742 dollar, 14 dərəcə 141715 dollar təşkil edirdi.

Qeyd edək ki, bu zaman yalnız illik gəlir açıqlanır. Hərbi kosmonavtların gəliri isə ümumi bir qayda olaraq məxfi saxlanılır.

Загрузка...

Xəbər lenti