Kredit götürənlər DİQQƏT: Bütün qaydalar dəyişir - VİDEO

Kredit götürənlər DİQQƏT: Bütün qaydalar dəyişir - VİDEO
Heç kəsə sirr deyil ki, banklarda kredit faizləri yüksək, depozit faizləri aşağıdır. Bu isə bankların mənafeyinə xidmət edir. Vətəndaşlar kredit götürəndə çətin vəziyyətə düşürlər. Bu problemi aradan qaldırmaq üçün kredit faizlərinin yuxarı həddinin müəyyənləşdirilməsi Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırıla bilər.
 
Panorama.az xəzər TV-yə istinadən xəbər verir ki, banklar haqqında qanuna dəyişikilik edilir. Maliyyə Bazarlarına Nəzarət Palatası kreditlərin faiz dərəcələrinə nəzarət edə bilər.
 
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə bu sahədə mövcud olan problemlər qanuna dəyişikilk edilməsini zəruri edir. Kredit və depozit faizləri arasındakı uçurumun aradan qaldırılması hədəflənir.
 
Vüqar Bayramov deyir ki, dəyişikliklər qəbul edilərsə kreditlər üzrə faiz dərəcələri enə bilər. Amma bunun qısa müddətdə baş verəcəyini proqnozlaşdırmaq doğru olmazdı.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi "Banklar haqqında" qanuna dəyişikliyi nəzərdə tutan layihəni artıq plenar iclasa tövsiyə edib.

Загрузка...

Xəbər lenti