Latviyada SSRİ-nin müharibədə qələbəsini bədbəxtlik adlandırdılar

Latviyada SSRİ-nin müharibədə qələbəsini bədbəxtlik adlandırdılar
Sovet İttifaqının 2-ci Dünya Müharibəsində qələbəsi Latviya sakinlərinə bədbəxtlik gətirib.
Bizimyol.info xəbər verir ki, bunu Riqa şəhər dumasının "Latviyaya hər şey” partiyasından olan deputatı Daynis Lotsis deyib.

"Çox təəssüf ki, hamı bunun nə "qələbə” olduğunu anlamır, Latviyaya və latışlara nə bədbəxtlik, nə itkilər gətirdiyini bilmir”, – deputat fikrini belə izah edib.

Lotsis açıqlamanı Litvanın Kaunas şəhərinin almanlardan alınmasının ildönümündə verib. Məhz Kaunasın geri qaytarılması Hitler qoşunlarının vəziyyətini ağırlaşdırmışdı. 1944-cü ildə şərq cəbhəsindəki bu itki Almaniyanın "Şimal” ordu qrupunu çox çətin duruma salmışdı. Müharibənin taleyini müəyyənləşdirən tarixlərdən biri adlandırmaq olar.

İyulda "Latviyanın rus ittifaqı” birliyinin idarə heyətinin üzvü Aleksandr Fileyə qarşı "Facebook”dakı statusuna görə cinayət işi açılıb. Filey yazısında Latviya xalqını 17 iyun 1940-cı il münasibətilə təbrik etmişdi. Rus icmasının nümayəndəsi həmin günü sovet ordusunun ölkəni diktatura rejimindən xilas etməsi adlandırmışdı.

Latviya hökuməti SSRİ-nin 1940-41-ci illərdə respublikanı işğal etdiyini hesab edir.
loading...

Xəbər lenti