Layk yığmaq üçün - UYĞUN VAXT

Layk yığmaq üçün - UYĞUN VAXT
"Instagram"da layk yığmaq üçün uyğun vaxt açıqlanıb.
"Kommersant.az" xəbər verir ki, "Hopper HQ" şirkətinin tədqiqatçıları "Instagram"ın alqoritmi əsasında çox layk yığmaq üçün konkret vaxtın olduğunu bildiriblər.

Onların qənaətinə görə, bazar ertəsi, çərşənbə və cümə axşamı foto paylaşmaq üçün münasib vaxt 13:00, 15:00 və 16:00-dır. Post paylaşımı üçün şənbə günü saat 11:00, bazar günü üçün isə saat 10:00 ən uyğun zamandır. Çərşənbə axşamı və cümə isə yuxudan daha tez oyanmaq tövsiyə olunur-saat 5-də.

"Hopper HQ" şirkətinin tədqiqatçıları bildirib ki, təqdim olunan vaxtlarda post paylaşımını izləyicilər anında görə biləcək.

Qeyd edək ki, "Instagram", alqoritm bazasında işlədiyindən, düzgün olmayan vaxtda edilən paylaşımı izləyicilər görməyə də bilər.
Загрузка...

Xəbər lenti