Öldüyü düşünülən şahzadə Lətifənin FOTOSU YAYILDI

Öldüyü düşünülən şahzadə Lətifənin FOTOSU YAYILDI
Birləşmiş Ərəb Əmirlikləri baş nazirinin qızı şahzadə Şeyha Lətifə Məhəmməd Əl Məktum 7 il qaçmaq üçün plan qurduğu ölkəsinə gətirildikdən sonrakı fotosu yayılıb.
Panorama.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, baş nazirin 33 yaşlı qızı yaxta ilə qaçmağı planlaşdırsa da, Hindistana 80 km məsafə qalmış saxlanılıb və Dubaya geri qaytarılmışdı. Onun sağ olduğundan şübhə edilsə də, yeni fotosu üzə çıxıb.

Dubaya geri qaytarılan şahzadə İnstaqram səhifəsini bağlamışdı və ondan xəbər-ətər yox idi. Lətifənin atası baş nazir Əl Məktum isə açıqlama verərək şahzadənin yaxşı olduğunu, evdə istirahət etdiyini bildirmişdi. Amma cəmiyyət şahzadənin öldüyündən şübhələnirdi.
BMT-nin İnsan Haqları qurumunun əməkdaşı, İrlandiyanın keçmiş baş naziri Meri Robinson şahzadə ilə görüşüb və foto yayımlayıb.

loading...

Xəbər lenti