Ölkədə quş əti və yumurta istehsalı azalıb - Rəsmi

Ölkədə quş əti və yumurta istehsalı azalıb - Rəsmi
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda quşçuluq fabriklərində diri çəkidə 57,3 min ton quş əti və 494,1 mln. ədəd yumurta istehsal olunub.

"Finans.az”ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkədə diri çəkidə quş ətinin istehsalı 0,17%, yumurta istehsalı isə 13,07% azalıb.

Belə ki, keçən ilin yanvar-sentyabr aylarında quşçuluq fabriklərində diri çəkidə quş əti istehsalı 57,4 min ton, yumurta istehsalı isə 568,4 mln. ədəd olub.

Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 11015,0 min baş olub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 1 552,8 min baş və ya 12,36% az olub.

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr ayları ərzində fabriklər üzrə cəmi quşların sayı 12567,8 min baş təşkil edib. Hər yumurtlayan toyuqdan orta hesabla 135 ədəd yumurta alınıb.

Загрузка...

Xəbər lenti