Ölkənin su təchizatında problemlər yarandı - Bakının böyük bir hissəsi susuz qaldı

Ölkənin su təchizatında problemlər yarandı - Bakının böyük bir hissəsi susuz qaldı
Dünən gecə saatlarında Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş qəza su təchizatına da təsir göstərib. 

Bunu AZXEBER.COM-a "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

O bildirib ki, hal hazırda bu istiqamətdə təmir işləri aparılır. 

Qurum rəsmisi vurğulayıb ki, yaranmış vəziyyətlə əlaqədar, paytaxt Bakının böyük hissəsində suyun təchizatı ilə bağlı problemlər yaşanır: "Gün ərzində sakinlər su ilə bağlı problemlərlə üzləşə bilər. o cümlədən Sumqayıtda su təminatı yoxdur. Gün ərzində alternativ mənbələrlə əhalini su ilə təmin etməyə çalışacağıq.  Problemlər gün ərzində aradan qaldırılacaq”.

Загрузка...

Xəbər lenti