Lukaşenkodan dondurulmuş münaqişələrlə bağlı çağırış - "Gəlin özümüz həll edək!"

Lukaşenkodan dondurulmuş münaqişələrlə bağlı çağırış -
Postsovet məkanında dondurulmuş konfliktləri birgə həll etməyi təklif edirəm.

Virtualaz.org BelTA-ya istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Aşqabadda keçirilən MDB dövlət başçılarının toplantısında deyib.

"Bir yerdə olmuşuq, bir yerdə savaşmışıq, amma baxın, indi postsovet məkanında nə baş verir? Nə qədər belə konfliktlər var! Niyə biz bu məsələləri həll edə bilmirik? Əgər biz nəyəsə qadiriksə, bu problemləri həll etmək lazımdır. Ədalətlə, düzgün həll etmək lazımdır...”, – deyə o bildirib.

"Okeanın o tayından kömək istəməyin lazım olduğu vəziyyət yaratmaq lazım deyil: bu problemləri həll etməyə kömək edin! Gəlin bunları özümüz həll edək və yenisini yaratmayaq!" - Belarus dövlətinin başçısı əlavə edib.

loading...

Xəbər lenti