Maaşını kasıb şagirdlərə xərcləyən kənd müəllimi 1 milyon mükafat aldı – VİDEO

Maaşını kasıb şagirdlərə xərcləyən kənd müəllimi 1 milyon mükafat aldı – VİDEO
Keniyalı fizika və riyaziyyat müəllimi Piter Tabiçi "Global Teacher Prize” beynəlxalq müsabiqəsinin qalibi olub. Ona mükafat kimi 1 milyon dollar veriblər.

Bizimyol.info xəbər verir ki, müsabiqənin qalibi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mükaftlandırılıb. Tabiçi 179 ölkədən onminlərlə rəqibini üstələyib.

Piter Tabiçi Kenyada Pvani adlı kənddə dərs deyir. Danışdığına görə, şagirdlər məktəbə kilometlərlə təhlükəli yollarla piyada gəlir. Uşaqların bir çoxunun valideyni yoxdur, ağır şərtlər altında yaşayırlar. Buna görə də müəllim məvacibinin 80 faizini dərsliklərə və məktəbli geyimlərinə sərf edir, şagirdlərinə paylayır.
 
Ümumiyyətlə, məktəbdə müəllim də çatmır. 58 şagirdə cəmi bir müəllim düşür. Məktəbdə yalnız bir kompüter var.

Tabiçi deyir: "Bu təkcə mənim uğurum deyil. Mən şagirdlərimin sayəsində buradayam. Uduş onlara böyük şans verir. İndi onlar üçün heç bir sərhəd yoxdur”.

Загрузка...

Xəbər lenti