Macarıstan 3-cü uşaq üçün cütlüklərə 30.000 avro mükafat vəd edir

Macarıstan 3-cü uşaq üçün cütlüklərə 30.000 avro mükafat vəd edir
Macarıstan üç uşaq dünyaya gətirəcək cütlüklərə 30.000 avro təklif edir.

Yenicag.az xəbər verir ki, hökumət evli cütlüklərə üç övlad qarşılığında verdiyi bu məbləği geri tələb etməyəck.

Qərar İyulun əvvəlində qəbul edilmiş yeni qaydaya uyğun nizamlanacaq.

Bundan əlavə, məbləğin xərclənməsində dövlət cütlüyə qarışmayacaq. Onlar istədiukləri əşya və ya başqa fəaliyyətlər üçün puldan istifadə edə biləcək.

Qeyd edək ki, Macrıstsn da bir çox Avropa Birliyinə üzv ölkələr kimi, işçi çatışmazlığından əziyyət çəkir. Real və potensial işçi qüvvəsi isə, daha yüksək maaşlı işlər üçün ölkəni tərk edir.

"Eurostat”a görə, AB-də orta doğuş nisbəti 1,59 olduğu halda, Macarıstanda bu nisbət hər qadına 1,49 kimi azalır.

Cütlüyün bu qərardan istifadə etməsi üçün isə bu şərtləri ödəmələri lazımdır:

Rəsmi nigahda olmalıdırlar
İki fərddən ən az biri ilk evliliyini yaşamalıdır
Qadının yaşı 18-40 civarında olmalıdır

loading...

Xəbər lenti