Maliyyə naziri: Sosial ipotekanın əhatə dairəsi genişləndiriləcək

Maliyyə naziri: Sosial ipotekanın əhatə dairəsi genişləndiriləcək
Gələn ilin dövlət büdcəsi layihəsində güzəştli mənzillərlə təminat üçün 162 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, sosial ipotekanın əhatə dairəsi daha da genişləndiriləcək.

Nazir deyib ki, gələn ilin dövlət büdcəsi layihəsində güzəştli mənzillərlə təminat üçün 162 milyon manat vəsait ayrılması nəzərdə tutulur:

"Bundan əlavə, hərbi qulluqçular, şəhid ailələri və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrıca vəsait nəzərdə tutulub”.
Загрузка...

Xəbər lenti