Maliyyə Nazirliyi icra başçısının fəaliyyətini yoxlayır - RƏSMİ

Maliyyə Nazirliyi icra başçısının fəaliyyətini yoxlayır - RƏSMİ
Maliyyə Nazirliyi Goranboy rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin fəaliyyəti dövründə korrupsiyaya yol verilib-verilmədiyini araşdırmağa başlayıb.

Bu barədə Modern.az saytına Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

"Maliyyə Nazirliyi tərəfindən sabiq icra başçısının fəaliyyət dövrü barədə müvafiq yoxlama işləri aparılıb. Lakin yoxlama zamanı koorrupsiya  və ya  digər  neqativ halların aşkar edildiyi barədə hələ ki rayon İcra Hakimiyyətinə heç bir rəsmi məlumat verilməyib”,- deyə İctimaiyyətlə əlaqələr şöbəsi bildirib.

Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

loading...

Xəbər lenti