Maliyyə Palatasının Rəhbərliyindən – BANK RƏHBƏRLİYİNƏ – MÜHÜM TƏYİNAT

Maliyyə Palatasının Rəhbərliyindən – BANK RƏHBƏRLİYİNƏ – MÜHÜM TƏYİNAT
Azərbaycanın bank sektorunda yeni mühüm təyinat baş tutub.

FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin üzvü, Palatanın  hüquq və icraat departamentinin rəhbəri Əfqan Baxışov kommersiya bankına təyinat alıb.

Ə.Baxışov fəaliyyətini ölkənin aparıcı banklarından biri olan «AccessBank»da davam etdirəcək.

FED.az-ın əldə etdiyi məlumata görə, Ə.Baxışov bankın icraçı direktoru təyin edilib.
loading...

Xəbər lenti