Mark Zukerberq: "Mən yəhudiyəm, amma..."

Mark Zukerberq:
"Facebook" sosial şəbəkəsi istifadəçilərin Holokostu (yəhudi soyqırımı) inkar edən şərhlərini silməkdən imtina edib.

Panorama.Az lent.az-a istinadən xəbər verir ki, bunu "Facebook"un yaradıcısı və rəhbəri Mark Zukerberq "Recode" saytına müsahibəsində deyib.

"Mən yəhudiyəm və bəzi insanlar var ki, Holokostun baş verdiyini inkar edirlər. Mən bunu ciddi həqarət kimi qəbul edirəm, lakin hesab etmirəm ki, bizim platforma bu cür iddiaları silməlidir. Sadəcə olaraq, mən düşünürəm ki, bəziləri müəyyən şeyləri yanlış bilir və şərh edir", - deyə M. Zukerberq söyləyib.   

M. Zukerberq hesab edir ki, yalan informasiyalar yayan bütün istifadəçilərin bunu qəsdən və şüurlu şəkildə etdiyinə inanmır: "Onlar yanlış məlumatlandırılmış ola bilər. Mən düşünmürəm ki, "Facebook"da nəyin doğru, nəyin yanlış olduğuna qərar verən insanlar olmalıdır". 

M. Zukerberq bəzən çıxışlarında siyasətçilər və dövlət xadimləri kimi, özünün də yanıldığını söyləyib.

"Facebook" rəhbərinin bu açıqlamaları bir çox sosial şəbəkə istifadəçiləri və yəhudi təşkilatları tərəfindən tənqid edilib. Antisemitizmlə mübarizə aparan ABŞ-ın Antidiffamasiya Liqası bildirib ki, Holokostun inkarı antisemitlərin (yəhudi düşmənləri) çoxdankı şüurlu və qərəzli taktikasıdır: "Şübhəsiz ki, bu, yəhudilərə zərər vuran və onlara təhdid yaradan nifrət mövqeyidir".

Tənqidlərdən sonra M. Zukerberq əlavə açıqlama ilə çıxış edib. O qeyd edib ki, Holokostun inkarına haqq qazandırmaq istəməyib, sadəcə olaraq, sosial şəbəkənin siyasətini izah edib: "Mən şəxsən Holokostun inkarını təhqir sayıram və bu mövqedə olan insanları müdafiə etmək fikrində deyiləm".

M. Zukerberqin sözlərinə görə, "Facebook"un vəzifəsi yalan xəbərlərin dərc olunmasını dərhal əngəlləmək deyil, bu tip xəbərlərin sosial şəbəkədə yayılmasının qarşısını almaqdır.

Загрузка...

Xəbər lenti