Masallıda anasının qəbri üstə ildırımın öldürdüyü Fəridin sevgilisi: "Ona Sankt-Peterburqa bilet də almışdım"

Masallıda anasının qəbri üstə ildırımın öldürdüyü Fəridin sevgilisi:
"Fərid çox istiqanlı oğlan idi. Sankt-Peterburqa da lap yeniyetməlik vaxtında gəlmişdi. Burada dayısının avtoservisində işləyirdi. Anasının dəfninə də mən onu yola saldım. Geriyə, təyyarayə bilet də aldım. İnanmağım gəlmir ki, Fərid daha yoxdur".

Bu sözləri "Komsomolskaya pravda" qəzetinə, bir qədər əvvəl Masallınin Mollaoba kəndində anasının qəbriustə ildırımın vurub, öldürdüyü Fərid Həsənovun sevgilisi, Sankt-Peterburq sakini İrina adlı qız bildirib.

İrinanın dediyinə görə, keçən il onun atası vəfat etmişdi. Bu il mayın 24-də isə anasi dünyasını dəyişdi: "Anasının yas mərasimini keçirib, Peterburqa qayıdacaqdı. Dayısıyla qəbir üstünə gediblər, mayın-31 də... Bərk leysan yağıb. Bu vaxt Fəridin telefonuna zəng gəlib və eyni anda ildırım çaxıb. Görünür, səbəb də bu olub".

Xatırladaq ki, mayın 31-də Masallı rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.

Qəbiristanlıqda telefonla danışan F.Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Yüngül xəsarətlər alan E.Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Musavat.com
Загрузка...

Xəbər lenti