MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilib

MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilib
MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib.

Oxu.Az xəbər verir ki, görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı olub.

Dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin "Şelkunçik” baletinə baxıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyada işgüzar səfərdədir. Azərbaycanın dövlət başçısını Sankt-Peterburq şəhərindəki Pulkovo-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeni Qriqoryev və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gedib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Prezidentlər birgə foto çəkdiriblər.


Xəbər lenti