Məclisdə rəqs edərkən xəstəxanalıq oldu – Azərbaycanda bədbəxt hadisə

Məclisdə rəqs edərkən xəstəxanalıq oldu – Azərbaycanda bədbəxt hadisə
Tovuz rayonunun Əsrik kənd sakini ehtiyatsızlıqdan xəsarət alıb.

Panorama.AZ "report"a istinadən xəbər verir ki, adı hələ ki, məlum olmayan sərxoş şəxs iştirak etdiyi məclisdə oynayan zaman ehtiyatsızlıqdan pəncərəyə toxunub.

Nəticədə pəncərənin şüşəsi qırılaraq onu üzərinə düşüb və əl-qolunu kəsib. Yaralı dostları tərəfindən xəstəxanaya aparılıb. O, əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...

Xəbər lenti