Mehriban Əliyeva əfsanəvi pilotun ailəsinə kömək əlini uzatdı - FOTO

Mehriban Əliyeva əfsanəvi pilotun ailəsinə kömək əlini uzatdı - FOTO

Bir müddət əvvəl Ordu.Az saytı Azərbaycandakı ilk ordu aviasiya pilotlarından biri olan, hazırda Ukraynada yaşayan Aleksey Şvarev ilə müsahibə yayımlamışdı. Müsahibənin dərcindən sonra məlum olub ki, pilotun qızı ağır xəstəlikdən əziyyət çəkir. Onun Almaniyada müalicəsi üçün isə yüksək məbləğ tələb olunur. Azərbaycan hökuməti bu məqamda pilotun ailəsinə yardım əli uzadıb. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şvarevlər ailəsinə təcili yardım edilməsi ilə bağlı tapşırıq verib.

Ordu.Az saytı bununla bağlı geniş material hazırlayıb. Həmin materialı təqdim edirik:

Azərbaycan özününküləri heç vaxt tək etmir. Bu dövlətimizin dəyişməz prinsipidir - özününküləri tərk etməmək. Azərbaycan bunu dəfələrlə tətbiq edib.

 

Azərbaycan dövləti döyüşçülərə, ilk növbədə isə ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə zərərçəkənlərə xüsusi diqqətə yanaşır. Bu yanaşma yalnız hörmətə layiqdir, çünki Vətənimiz üçün mübarizə aparan, yaralanan və əlil olanlardan danışırıq.

Böyütmədən və təvazökarlıq etmədən deyə bilərik ki, dövlətimiz və Azərbaycan xalqı üçün hər bir əsgər dəyərli və qiymətlidir. Bu, həm xidmətdə olan, həm də olmayanlara aiddir. Azərbaycan əsgəri harda olursa olsun, hansı çətin vəziyyətə düşərsə düşsün, daim Azərbaycan dövlətinin köməyinə arxalana bilər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin əfsanəvi pilotu, polkovnik leytenant Aleksey Şvarevlə baş verən hadisədə olduğu kimi...

2019-cu ilin yanvarın 22-də Azərbaycandakı ilk ordu aviasiya pilotlarından biri olan, hazırda Ukraynada yaşayan Aleksey Şvarev ilə müsahibə Ordu.az saytında yerləşdirilib. Sergey Şenyuşkin, Yevgeni Karlov, Sergey Tuvayev, Aleksey Şvarev - Azərbaycanın HHQ-nin bu əfsanəvi dörd pilotu erməni işğalçılarında daim qorxu və dəhşət yaradırdı.

Ermənilər tərəfindən onların başları üçün yüksək mükafatlar təyin edilirdi, onların peşəkarlığı, cəsarəti və fədakarlığı barədə hələ də əfsanələr dolaşır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Sergey Şenyuşkin və Yevgeni Karlov Milli Qəhrəman adına (ölümündən sonra) layiq görüldülər.

Bir neçə il bundan əvvəl Sergey Tuvayev faciəvi şəkildə Rusiyada öldü. Və bu gün, bu əfsanəvi dördlükdən yalnız ailəsi ilə uzun müddətdir Ukraynada yaşayan Aleksey Şvarev sağ qalıb.

Qeyd edək ki, cəmiyyətimiz Aleksey Şvarevlə müsahibəyə böyük maraq göstərdi. Sayt hələ də həm sıravi oxuculardan, həm onun köhnə həmkarlarından, həm də Alekseyin tələbələrindən müsahibəyə rəylər alır. 

Xatırladaq ki, çox ağır yaradan sonra, Aleksey artıq uça bilmədi və uçuş təlim mərkəzinin yaradılmasında aktiv iştirak etdi, burada isə ölkəmiz üçün çox vacib olan onlarla peşəkar hərbi pilotlar hazırlandı. 

Həkimlər onun onurğa beynində ependioma olduğunu aşkar etdilər. Uzun və bahalı müalicə, Almaniyada əməliyyatlar - bütün bunlar Şvarev ailəsi tərəfindən yaşandı. Onların Yuliyanın əməliyyat olunduğu klinikaya böyük məbləğdə borcu yarandı. Hətta borcun ödənilməsi üçün evin satılması da müzakirə edilirdi.

Və burada ən başda bəhs edilən hadisə baş verdi. Əfsanəvi hərbi pilot Aleksey Şvarevə Azərbaycan dövləti yardım əlini uzatdı. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Aleksey Şvarevin ailə üzvlərinin vəziyyətindən xəbərdar olan kimi, döyüşçü zabitin ailəsinə dərhal maddi yardım göstərilməsi barədə sərəncam verdi. Bununla da Mehriban xanım Əliyeva bir daha sübut etdi ki, hər bir döyüşçü Azərbaycan üçün əzizdir.

Aleksey Şvarev 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından təqaüdə çıxıb və uzun illərdir ki, Ukraynada yaşayır. Azərbaycan Alekseyin müstəqil ölkəmizin döyüş aviasiyasının inkişafına verdiyi əvəzsiz töhfəni həmişə xatırlayacaq. 

Aleksey Şvarev Mehriban Əliyevanın onun ailəsinə kömək əlini uzatdığını öyrənəndə həyəcanını qoruya bilmədi.

"Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ailəmizə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm. Mən Azərbaycanı həmişə sevmişəm və sevməyə davam edəcəyəm. Əgər bir gün Azərbaycana mənim köməyim, hərbi pilot kimi peşəkarlığım, döyüş bacarıqlarım lazım olarsa, mən ikinci Vətənim qarşısında vəzifəmi yerinə yetirməyə daim hazıram”, - deyə A. Şvarev bildirib.

Загрузка...

Xəbər lenti