Məmməd Əmin Rəsulzadənin "Məktublar" kitabı çap edildi

Məmməd Əmin Rəsulzadənin
TEAS PRESS nəşriyyatı tərəfindən "Məmməd Əmin Rəsulzadə. Məktublar. Şəfibəyçilik” toplusu nəşr olunub. Oxuculara təqdim olunan bu topluda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin bir sıra məktubları, eləcə də onun 1934-cü ildə Varşavada  işıq üzü görmüş "Şəfibəyçilik" adlı əsəri latın qrafikası ilə Azərbaycan dilində ilk dəfə nəşr edilir.
 
Kitabın "Məktublar" adlı birinci bölümündə M.Ə.Rəsulzadənin müxtəlif illərdə Əlimərdan bəy Topçubaşova və Ceyhun bəy Hacıbəyliyə ünvanladığı məktublar toplanıb. Həmin məktubların bir hissəsi Topçubaşovun Parisdə saxlanan şəxsi arxivindən götürülüb. M.Ə.Rəsulzadənin Azərbaycan mühacirətinin digər nümayəndəsi Şəfi bəy Rüstəmbəylinin 1933-cü ildə Varşavada nəşr edilmiş "Yıxılan bütlər" kitabına cavab olaraq yazdığı "Şəfibəyçilik" əsəri isə həmin illərdə Azərbaycan siyasi mühacirəti daxilindəki münaqişə və fikir ayrılıqlarına həsr olunub.

Kitabda yer alan bütün bu sənədlər həm Rəsulzadə irsinin, həm də XX əsrin 20-30-cu illərində Azərbaycan siyasi mühacirəti daxilində baş vermiş proseslərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Kitabın tərtibçisi, ön söz və qeydlərin müəllifi tarix elmləri doktoru Aydın Balayevdir.
 

Загрузка...

Xəbər lenti