“Mən heç bir izahatı qəbul etmirəm” - Prezident Mingəçevirdəki qəzadan danışdı

“Mən heç bir izahatı qəbul etmirəm” - Prezident Mingəçevirdəki qəzadan danışdı
"Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var”.

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib..

Prezident lokal qəzanın ümumi sistemin çökməsinə gətirib çıxarmasının heç cür izahatı olmadığını söyləyib:
 
"Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. İlkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb”.

Bu qəzanın çox ciddi bir siqnal olduğunu deyən İ.Əliyev sözlərinə əlavə edib ki, hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır:

"Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun”.

Xəbər lenti