"Mənim Qarabağ adından danışmağa haqqım çatmır" - Paşinyandan AĞLASIĞMAZ SÖZLƏR

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin danışıqlarda tərəf kimi iştirakını israrla istəyən Ermənistanın baş naziri Nikol Paşinyan bu arzusunu absurd "arqument”lə əsaslandırıb.

Publika.az "news.am”-a istinadən xəbər verir ki, Paşinyan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın danışıqlarda Qarabağı "təmsil” etməsinin doğru olduğunu, lakin özünün buna haqqının çatmadığını bildirib.

"Robert Koçaryan Ermənistana gəlməmişdən əvvəl Qarabağın "prezidenti” idi. Sarkisyan isə Qarabağda "özünümüdafiə dəstələrinin rəhbəri” olub. Onlara Qarabağın adından danışıqlarda iştirak etmək mandatına sahib idi. Lakin mənim buna haqqım çatmır”, - deyə Paşinyan öz istəyini belə asaslandırmağa çalışıb.
Загрузка...

Xəbər lenti