Məşhur aktrisa istirahət zamanı öldü - Foto

Məşhur aktrisa istirahət zamanı öldü - Foto
Məşhur alman aktrisa Lisa Martinek vəfat edib.

Panorama.AZ axşam-a istinadən xəbər verir ki, hadisə aktrisa rejissor əri Giulo Ricciarelli və üç övladı ilə birlikdə getdiyi İtalya tətilində baş verib.

Bir yaxta kiraləyən cütlük dəniz gəzintisinə çıxıb. Aktrisa üzən zaman əri onun çətinlik çəkdiyini görüb və yaxtaya geri gətirib. 47 yaşlı Lisa vertolyot köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Həkimlər yolda ölən qadını həyata qaytarmağa çalışsalar da, bacara bilməyiblər.

Qeyd edək ki, Lisa bir çox məşhur filmlərdə çəkilib. O, Almaniyanın ilk kor qadın vəkili Romi Helandın həyatından bəhs edən serialda rol alırdı. Ekran işinin hələ son 6 bölümü çəkilməli imiş
 

loading...

Xəbər lenti