Məşhur alim DÜNYASINI DƏYİŞDİ

Məşhur alim DÜNYASINI DƏYİŞDİ
ABŞ-ın məşhur alimi, "Xabbl teleskopunun anası" adlandırılan Nensi Qreys Roman vəfat edib.

Publika.az "Associated Press"ə istinadən xəbər verir ki, o, 93 yaşında dünyasını dəyişib. Roman məşhur teleskopun hazırlanması ilə yanaşı, həmçinin NASA-da rəhbər vəzifə tutan ilk qadın olub. O, 1949-cu ildə astronomiya üzrə elmlər doktoru dərəcəsi alıb. Roman karyerasına 1959-cu ildə başlayıb. O, 1979-cu ildə NASA-nı tərk edib və kosmik uçuşlar üzrə Qoddard Mərkəzi ilə müqavilə əsasında çalışıb. Onun məşhur "Xabbl" teleskopu 1990-cı ildə istifadəyə verilib. Bu, NASA ilə Avropa Kosmik Agentliyinin birgə layihəsi idi.


loading...

Xəbər lenti