Məşhur müğənniyə xalası qızı təcavüz edibmiş

Məşhur müğənniyə xalası qızı təcavüz edibmiş
2012-ci ildə narkotikdən dünyasını dəyişən Uitni Hyustonun həyatından bəhs edən sənədli filmin təqdimatı olub.
 
"Qafqazinfo” xəbər verir ki, ekran işinin premyerası 71-ci Kann festivalında baş tutub.

Layihənin rejissoru "The Last King of Scotland” və "State of Play” filmləri ilə tanınan Kevin Macdonalddır. "Whitney” adlı kinoda sənətçinin ölümünə səbəb olan narkotikə düçar olmasından bəhs edir.

Bundan əlavə, ekran işində hər kəsi şoka salacaq bir iddia ortaya atılıb. Göstərilir ki, Uitni yeniyetməlik dövründə xalası qızı Dee Dee Warwick tərəfindən cinsi istismara məruz qalıb.

Bu məqamda bildirək ki, Dee Dee Warwick 2008-ci ildə dünyasını dəyişib.

Xatırladaq ki, film iyunun 6-da Amerikada premyerası olacaq.
Загрузка...

Xəbər lenti