Metroda vaqonun altına düşdü, "Təcili yardım çağırmayın!" deyib yalvardı - VİDEO

Metroda vaqonun altına düşdü,
Xahiş edirəm, yalvarıram, təcili yardım çağırmayın! Çağırmayın, nə olar...

ABŞ-ın Massaçusets ştatındakı Boston həhər metrosunda "Boston's Orange Line" xəttindəki "Massachusetts Avenue" stansiyasında platformada durmuş qadın qəflətən aşağı düşüb.

Panorama.az Milli.Az-a istinadən bildirir ki, 45 yaşlı qadın ayağı platforma ilə perrona yaxınlaşmış metro qatarının vaqonu arasında qalmışdı. Platformadakı sərnişinlər dərhal hərəkətə keçərək vaqonu qarşı tərəfə itələyib əyiblər, qadını çıxarıblar.

Sinəsindən və sağ baldırından ağır travma almış qadını "Boston Medical Center"ə yollamaq üçün təcili yardıma zəng vurulanda qadın qışqırmağa, "Təcili yardım çağırmayın!" deməyə başlayıb.

Aldığı travmadan ayaq üstə dura bilməyən qadın yalvarırdı: "Tibbi sığortam natamamdır! Təcili yardım çağırsanız, məndən 3 min dollar alacaqlar! Etməyin!"

Hadisə yerinə bir neçə dəqiqədən sonra çatan təcili yardım qadını hospitala aparıb.

Hazırda ABŞ-da təcili yardım çağırmağın qiyməti 224 dollar ilə 2204 dollar arasındadır.

224 dolları tibbi sığortası olanlar ödəyirlər.
 

Загрузка...

Xəbər lenti