Metronun dayanma səbəbi açıqlandı - Rəsmi

Metronun dayanma səbəbi açıqlandı - Rəsmi
"Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Yahya Babanlı Yenicag.az-a açıqlamasında işıqların sönməsinə aydınlıq gətirib.

O bildirib: "Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb. Hadisənin başvermə səbəbləri araşdırılır”.

***

16:44

İşıqların sönməsi metroda yenidən vəziyyəti gərginləşdirib.

"Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, 16:10 dəqiqlərində işıq sönüb:

"Avtovağzal ilə Memar Əcəmi stansiyası arasında saat 16:10-da gərginlik xətti kəsilib, qatar dayanıb. Saat 16:30-da yenidən gərginlik verilməsilə metro fəaliyyətini bərpa edib”.

Загрузка...

Xəbər lenti