Mikayıla nazirlikdə vəzifə verilir? — AÇIQLAMA

Mikayıla nazirlikdə vəzifə verilir? — AÇIQLAMA
"Space" telekanalının aparıcısı Mikayıl Güləddinoğlunun nazirliklərdən birinin mətbuat xidmətinin rəhbəri təyin ediləcəyi xəbəri yayılıb.
 "Ölkə.Az"ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün aparıcıyla əlaqə saxlayıb. M. Güləddinoğlu belə bir təyinatın gözlənilmədiyini bildirib:

"Amma verilişdə aparıcı kimi qalmağım şərtiylə hansısa nazirliyin mətbuat katibi olmaq təklif edilsə, məmnuniyyətlə qəbul edərəm. Bu, mənimçün şərəf olar"
Qeyd edək ki, bir neçə gün öncə daha bir tanınmış aparıcı Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat katibi təyin edilib.

Xəbər lenti