Mina partladı: 1 hərbçi öldü, 2-si yaralandı

Mina partladı: 1 hərbçi öldü, 2-si yaralandı
Türkiyənin Siirt əyalətinin Eruh rayonunda mina partlayıb.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, PKK terrorçuları tərəfindən küçəyə quraşdırılmış mina partlayıb.

Hadisə nəticəsində 3 hərbçi yaralanıb. Hərbiçilər dövlət xəstəxanasına yerləşdirilib. Onlardan biri xəstəxanada dünyasını dəyişib. Digər 2 hərbçinin isə müalicəsi davam etdirilir.

Əraziyə jandarma və polislər toplaşıb. 


Xəbər lenti