Mingəçevirdə yanğın — 1 nəfər öldü, 4-ü tüstüdən zəhərləndi

Mingəçevirdə yanğın — 1 nəfər öldü, 4-ü tüstüdən zəhərləndi
Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib.
"Panorama.Az"ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Nərimanov küçəsi, 49 ünvanında qeydə alınıb. 

Belə ki, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. 
Hadisə nəticəsində mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Aleksandroviç Borisov yanaraq ölüb. 

Bundan başqa, 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.
Загрузка...

Xəbər lenti