MİT-dən nəfəs kəsən əməliyyat: FETÖ-nün "Azərbaycan kassası" qandalda Türkiyəyə aparıldı

MİT-dən nəfəs kəsən əməliyyat: FETÖ-nün
FETÖ üzvlərindən olan İsa Özdəmir Azərbaycanda, Salih Zəki İgid isə Ukraynada yaxalanaraq bu gün günortadan sonra xüsusi təyyarə ilə İstanbula aparılıb

Türkiyənin Milli İstihbarat (kəşfiyyat) Təşkilatı (MİT) Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə çərçivəsində əməliyyatları davam etdirir. MİT, barələrində axtarış elan edilən daha iki terrorçunu xaricdə tutaraq Türkiyəyə aparıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, FETÖ üzvlərindən olan İsa Özdəmir Azərbaycanda, Salih Zəki İgid isə Ukraynada yaxalanaraq bu gün günortadan sonra xüsusi təyyarə ilə İstanbula aparılıb.

Silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə FETÖ nümayəndələri barəsində axtarış elan edilib.

FETÖ üzvü İsa Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Özdəmirin FETÖ-nün "Azərbaycan kassası" olaraq da xidmət etdiyi bildirilib. O, "Avro 2000" firmasının sahibi olub.

Ukraynada yaxalanan FETÖ üzvü Saleh Zəki İgidin isə Mersində terror təşkilatına bağlı iş adamlarının imamlığını həyata keçirdiyi müəyyənləşdirilib. Onun Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra xaricə qaçdığı müəyyən edilib.



Загрузка...

Xəbər lenti