"Moskva-Bakı-İrəvan" dialoquna açığıq - Nazir

Azərbaycan "Moskva-Bakı-İrəvan" formatında dialoqa açıqdır. Lakin bu, mahiyyətli və məsuliyyətli danışıqlar olmalı, nəticəyə - Azərbaycan ərazilərinin işğaldan azad edilməsi prosesinin tez bir zamanda başladılmasına yönəlməlidir.

Azvision.az xəbər verir ki, "RİA Novosti" agentliyinə müsahibəsində Azərbyacan xarici işlər naziri Elmar Məmmədyarov "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya əsas moderator hesab edilir. "Moskva-Bakı-İrəvan" formatında XİN rəhbərlərinin görüşü planlaşdırılırmı?" sualını cavablandırarkən belə deyib.

Bildirib ki, məhz Azərbaycan torpaqlarının işğalı ətrafında olduqca mürəkkəb düyün formalaşıb və nəhayət, o düyün kəsilməlidir. Və bundan sonra nizamlanma prosesindəki ikinci dərəcəli, əsasən texniki xarakterli problemlər də tamamilə başqa xarakter alacaq və çətinliklərlə müşayiət olunmayacaq.

Xəbər lenti