Müəllim tərəfindən döyüldüyü deyilən direktor danışdı:"Məni müəllim yox..."

Müəllim tərəfindən döyüldüyü deyilən direktor danışdı:
Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb. 

AZXEBER.COM xəbər verir ki, Müşfiq Mirzəyev unikal.org-a açıqlamasında müəllim tərəfindən döyülməsi xəbərinə münasibət bildirib:

"Dünən Şamaxı rayon Çöl Bağırlı kəndində toyda idim. Məktəbimizdə müəllim işləyən İntiqam Azayevlə söhbət edirdim. Bu zaman onun qardaşı İntizar Azayev elə bilib ki, mən müəllim yoldaşım olan qardaşı ilə mübahisə edirəm. İçkili olduğu üçün mənə xəsarət yetirdi. Aldığım xəsarət o qədər də ciddi deyildi. Hazırda reanimasiya deyil, palatadayam. Sabah evə gedəcəm. Bir daha nəzərinizə çatdırım ki, məni müəllim yoldaşım döyməyib. Səhhətim də hazırda normaldır”.
Загрузка...

Xəbər lenti