Mustafa Kamal Atatürkü kim və necə aldadıb? - TARİXİ FAKTLAR

Mustafa Kamal Atatürkü kim və necə aldadıb? - TARİXİ FAKTLAR
Türkiyənin məşhur yazıçısı İpek Çalışlar ölkənin qurucusu Mustafa Kamal Atatürk haqda yazdığı "Mustafa Kamal Atatürk, mübarizəsi və şəxsi həyatı" adlı kitabında Atatürkün bir fırıldaqçı tərəfindən necə aldadılmasından da bəhs edib.

Qaynarinfo Türkiyə məbuatına istinadən xəbər verir ki, kitabda yazıçı Atatürkün utancaq və pulunu tez xərcləyən biri olduğunu yazıb.

Ordu Komandanlığından İstanbula gələndə ətrafındakılar baxır ki, Mustafa Kamal Paşanın 3-5 min lirə pulu var. Tanışlarından biri Atatürkə, "Artıq bir vəzifəniz yoxdur. Belə arxası gəlməyən pulla yaşamaq olmaz. Pulunuzu ticarət sahəsinə yatırın", - deyib.

Lakin Atatürk ticarətdən anlamadığını bildirib. Həmin şəxs isə cavabında, "Ticarəti bilməyinizə gərək yoxdur. Əsas məsələ A. bəyə sizin bu əhəmiyyətsiz pulunuzu qəbul etdirməkdir. Ondan sonra pulunuz getdikcə artacaq", - deyir.

Mustafa Kamalı iş adamı A. bəylə tanış etmək üçün bir məclis təşkil olunur. A. bəy Atatürkün əlindəki pulu mənimsəmək üçün onu həmin məclisə dəvət edir.

Paşa ziyafətə özü ilə birgə yaxın dostu Fəthi bəyi də aparır. İstanbulda bir malikanəyə daxil olurlar. Süfrə, yeməklər, salon, bir sözlə ziyafətdə hər şey yerli yerində olur. A. bəy çox nəzakətlə sözə başlayır, puldan və ticarətdən heç söz açmır. Atatürk düşünür ki, A. bəy onları bəyənmədiyi üçün pullarını almayacaq. Ona görə arada gözü ilə onları buraya gətirən adama işarə edir. Həmin şəxs məsələ barədə A. bəyə məlumat verir. Amma yenə də o, pul məsələsinə çox da toxunmur və "Hələ paşa həzrətləri ofisimizə buyursunlar", - deyə bir söz atır, daha sonra siyasətdən, fəlsəfədən danışmağa başlayır.

Malikanədən çıxdıqdan sonra Mustafa Kamal Fəthi bəydən dəvət haqda nə düşündüyünü soruşur. O isə işin nədən ibarət olduğu haqda heç bir söz deyilmədiyi üçün məsələyə soyuq yanaşır.

Atatürk: "Qəribəsən Fəthi, adamın nəzakətini, alicənablığını görmədinmi. Ondan belə bir şey soruşmaq olardımı?"
Fəthi bəy: "Mən bilmədiyim işə sənədsiz, müqaviləsiz pul yatırmaram"

Mustafa Kamal inadkarlığı ucbatından dostunun tövsiyyəsini dinləmir. Ertəsi gün anasının etdiyi xəbərdarlıq da heç bir işə yaramır.

Nəticədə Atatürk pulunu aparıb A. bəyə verir. O, isə pulu saymadan seyfə atır. 

Atatürk: "Saysaydınız"
A. bəy: "Gərək varmı?"

Paşa minlərlə lirənin əskik olub-olmamasını düşünməyən birinin nəzakətinə heyran qalır və onun nə qədər zəngin biri olduğunu düşünür. Bu səbəbdən sərmayə yatırdığı işin təfərrüatları belə soruşmur.

Lakin onu bu işə gətirən tanışından işin nə olduğunu soruşur və o da cavabında əncir ticarəti olduğunu söyləyir.

"Mallar İzmirdən yüklənəcək. Gəmi ilə bir yerlərə aparılacaq. Orada satılıb, əvəzinə başqa bir şeylər alınacaq və İstanbula dönəcək. Qarışıq bir işdir, amma gəliri böyükdür. Bir-iki işdən sonra pulun ikiqat artacaq", - deyə o, bildirir.

Lakin həftələr keçir və A. bəydən heç bir xəbər gəlmir. Mustafa Kamal A. bəyin ofisinə gedir, amma orada da onu tapmır. Bir müddət sonra isə gəminin batması xəbəri gəlir.

Amma batan gəmi deyil, Atatürkün pulları idi. Əslində, gəmi də yox idi.

Mustafa Kamal Atatürk belə aldadılmışdı.
Загрузка...

Xəbər lenti