Myanmada üsyançılar hərbi bazaya hücum etdi - 15 ölü, 20 yaralı

Myanmada üsyançılar hərbi bazaya hücum etdi - 15 ölü, 20 yaralı
Myanmada özlərini Taanq Milli Qurtuluş Ordusu adlandıran etnik qrup Çinlə sərhəddəki Muse şəhərində 3 ayrı yerə hücum edib.

"Qafqazinfo” "Dünya Bülteni”nə istinadən xəbər verir ki, hücumlardan ikisi hərbi bazaya, biri isə ticarət mərkəzinə edilib.

Hadisələr nəticəsində aralarında sivillərin də olduğu 15 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Qeyd edək ki, Taanq Milli Qurtuluş Ordusu Myanma hökumətindən ayrılaraq Şan əyalətində muxtariyyət qurmaq istəyir. Bu səbəbdən son aylarda əyalətdə vəziyyət gərginləşib.

Загрузка...

Xəbər lenti