Nazarbayevin nəvəsi Londonda həbs olundu

Nazarbayevin nəvəsi Londonda həbs olundu
Londonun Sautvork bölgəsinin Kral Məhkəməsi Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayevə bir illik şərti həbs cəzası verib. 

"RİA Novosti” xəbər verir ki, buna səbəb onun polisə müqavimət göstərməsi və başqasına məxsus mülkə qanunsuz daxil olmasıdır.  

London polisindən bildiriblər ki, məhkəmə A.Nazarbayevə iyul ayındakı insidentə görə cəza verib. 

İddiaya görə o, Londonun "Covent Garden” bölgəsində bir evin pəncərəsindən tullanmaq istərkən ona mane olmağa çalışan polisin əlindən dişləyibmiş.  

29 yaşlı Nazarbayevə verilən hökmdə 18 aylıq sınaq müddəti və narkomaniya müalicəsi də var. 

//oxu.az
loading...

Xəbər lenti