Nazirlik Şamaxıdakı ağır qəza ilə bağlı məlumat yaydı

Nazirlik Şamaxıdakı ağır qəza ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Nazirlikdən Panorama.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Mirikənd kəndində "Mercedes" markalı minik avtomobili və "Ford" markalı mikroavtobus toqquşub. Qəza zamanı mikroavtobusda xəsarət alan 1 nəfər (sərnişin) köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həmin şəxsi müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Загрузка...

Xəbər lenti