Nazirlik Tarif Şurasına niyə müraciət edib? Gediş haqlarının artırılmasının əsl səbəbi AÇIQLANDI

Nazirlik Tarif Şurasına niyə müraciət edib? Gediş haqlarının artırılmasının əsl səbəbi AÇIQLANDI
Xəbər verdiyimiz kimi, Tarif Şurasının 30 iyulda keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif Şurasına müraciət edən qurumlar arasında "Bakı Metropoliteni" QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə "Baku Bus" MMC olmaqla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də var.

Panorama.az kommersant.az-a istinadən xəbər verir ki, gediş haqlarının artırılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Tarif Şurasına müraciət edib.

Nazirliyin açıqlamasında bildirilir: 

"Digər sahələrdə olduğu kimi, sərnişindaşımada da xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan vermirdi. Daşıyıcılar uzun müddətdir ki, problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi.

Həmin müraciətlər əsasında mövcud vəziyyət detallı təhlil olunub, xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədə müvafiq hesab olunaraq Tarif Şurasına müraciət edilib.

Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq".

Загрузка...

Xəbər lenti