Nurməhəmmədov Puaryeyə verdiyi vədi yerinə yetirdi

Nurməhəmmədov Puaryeyə verdiyi vədi yerinə yetirdi

Amerikalı MMA döyüşçüsü Dastin Puarye rusiyalı Həbib Nurməhəmmədova ona məxsus "The Good Fight Foundation” fonda ianə verdiyi üçün təşəkkür edib. 

Bununla bağlı fondun "Twitter” hesabında Puaryenin fikirləri yer alıb. 

 

"Çox sağ ol ki, vədini yerinə yetirdin və ianə bağışladın. Sənin bu töhfən insanlara kömək olacaq!”, - o bildirib. 

 

Thank you @TeamKhabib for your generous donation to The Good Fight and for being a man of your word. Your contribution is going to help so many people!

Посмотреть изображение в Твиттере
805 человек(а) говорят об этом

Xatırladaq ki, Həbib Nurməhəmmədov sentyabrın 7-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən UFC-242 turnirində üçüncü raundda rəqibi amerikalı Dastin Puaryeni boğma fəndi ilə təslim olmağa vadar edib. Bununla da Həbib 28-ci peşəkar MMA döyüşündə məğlubiyyətsizliyini qoruyaraq saxlayıb. 

Döyüşdən sonra Nurməhəmmədov Puaryenin ona verdiyi formanı hərracda satacağını, əldə olunan gəliri isə amerikalıya məxsus fonda verəcəyini demişdi.

loading...

Xəbər lenti