“Nüvə silahları işə düşə bilər!” – Qorbaçov Putinlə Trampa çağırış etdi

“Nüvə silahları işə düşə bilər!” – Qorbaçov Putinlə Trampa çağırış etdi
Sovet İttifaqının ilk və sonuncu prezidenti Mixail Qorbaçovun məşhur  "Wall Street”  dərgisində ABŞ-Rusiya münasibətlərinə dair məqaləsi dərc olunub. 

Bakupost.az Lenta.ru-ya istinadən xəbər verir ki, o, son illər Rusiya-Amerika arasındakı gərginlikdən narahat olduğunu dilə gətirib.

Sabiq prezident məqalədə hər iki ölkə liderlərini bir daha  düşünməyə dəvət edib. Bildirib ki, mövcud vəziyyət hərbi münaqişəyə  və nüvə silahlarından istifadəyə gətirib çıxara bilər.

"ABŞ ilə Rusiya arasındakı strateji qarşılıqlı əlaqələr  bərpa edilməli, eyni zamanda nüvə silahlarından istifadənin azaldılması məqsədilə hər iki ölkə arasında əməkdaşlıq inkişaf etdirilməlidir” -  deyə Qorbaçov vurğulayıb.

O, həmçinin məqalədə nüvə silahlarının dünyanı daimi təhlükə altında saxladığını  və bu silahlar terrorçuların əlinə keçərsə, daha faciəvi nəticələrə gətirib çıxara biləcəyini qeyd edib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton yalnız qısamüddətli raketlərin aradan qaldırılması ilə bağlı məsələləri yox,  bununla yanaşı  dünya ölkələrinin nüvə silahından imtina məsələlərini də müzakirə etməlidir.

Загрузка...

Xəbər lenti